RU

PFL 1 ci liqada bütün klubların oynayacağına əmindi?

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qarşıdakı mövsümdə də 1-ci liqada gərgin mübarizə gedəcəyini gözləmək olar. Amma ən azı bir komanda var ki, iştirakı sual altındadı. Söhbət 2-ci liqanın çempionu “Şahdağ Qusar”dan gedir. Bəs PFL bu məsələyə necə yanaşır? Qurum “Şahdağ Qusar”ın 1-ci liqada mübarizə aparacağına əmindimi? PFL-in Media və marketinq direktoru Sənan Abdullayevin cavabı:

“1-ci liqanın başlamasına hələ ki vaxt var. Bizə hər hansı mənfi və ya müsbət məlumat, müraciət daxil olmayıb. Ona görə də gözləmə mövqeyindəyik. Aşağı liqa komandalarında çətinliklər tez-tez olur. Biz bütün komandaların oynayacağını düşünürük. Püşkatmanın nə vaxt olacağı isə yaxın günlərdə açıqlanacaq”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
icma.az

2Источники