Bəs PFL bu məsələyə necə yanaşır? Qurum “Şahdağ Qusar”ın 1-ci liqada mübarizə aparacağına əmindimi?
PFL-in Media və marketinq direktoru Sənan Abdullayevin cavabı:
“1-ci liqanın başlamasına hələ ki vaxt var. Bizə hər hansı mənfi və ya müsbət məlumat, müraciət daxil olmayıb. Ona görə də gözləmə mövqeyindəyik. Aşağı liqa komandalarındaçətinliklər tez-tez olur. Biz bütün komandaların oynayacağını düşünürük. Püşkatmanın nə vaxt olacağı isə yaxın günlərdə açıqlanacaq”.
MÜZƏFFƏR QULUZADƏ