
Qazaxıstan da daxil olmaqla “OPEC+ G8” sentyabrda neft hasilatını gündəlik daha 547 min barrel artırmağı planlaşdırır.
Reyting.az xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” özəl mənbəyinə istinadla məlumat yayıb.
Bildirilir ki, bu, “OPEC+ G8”-ə könüllü məhdudiyyətlərdən çıxışı sutkada 2,2 milyon barrellə başa çatdırmağa imkan verəcək.
Onu da qeyd edək ki, “OPEC+ G8” materiallarına əsasən, kompensasiya planını nəzərə almadan sentyabrda neft hasilatını sutkada 1,550 milyon barrelə çatdırmaq mümkün olacaq.
V. QULİYEV