RU

Arnold Şvartsenegger sevgilisini 10 ildən artıq gizlədib

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İyulun 30-da 78 yaşını qeyd edən məşhur aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger on ildən artıqdır ki, bir qadınla münasibətdədir.

Oxu.Az xəbər verir ki, bu barədə "HELLO!" məlumat yayıb.

Məlumata görə, kino ulduzu 2011-ci ildə Mariya Şrayverdən boşandıqdan sonra onunla dost olaraq qalır, lakin şəxsi həyatını kölgədə saxlamağa üstünlük verir. Aktyorun sevgilisi Hezer Milliqan nadir hallarda ictimaiyyət qarşısına çıxır. O, təcrübəli fizioterapevt və sahibkardır. 50 yaşlı Hizer Qərbi Los-Ancelesdə fəaliyyət göstərən "Elite OrthoSport Physical Therapy & Performance" adlı şəxsi klinikasını təsis edib. Qadın əsasən peşəkar idmançılarla işləyir.

Arnold Hezer ilə 2012-ci ildə çiyin əməliyyatından sonra tanış olub. Qadını aktyora cərrah tövsiyə edib. Şvartseneggerin dediyinə görə, həkim-pasiyent münasibətləri sonradan daha ali hisslərə səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
oxu.az

1Источники