RU

Berlində yəhudi abidəsi təhqir edildi

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Naməlum şəxslər Berlinin Moabit rayonunda deportasiyaya məruz qalmış yəhudilərin xatirəsinə ucaldılmış abidəni təhqir ediblər.

Axar.az xəbər verir ki, bu barədə Berlin polisinin məlumatında deyilir.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları avqustun 3-də səhər saatlarında memorialın üzərində ağ boya və qablaşdırma lentinin izlərini aşkar ediblər.

"Zərər polis tərəfindən operativ şəkildə aradan qaldırılıb", - məlumatda deyilir.

İstintaq Dövlət Təhlükəsizliyi İdarəsi tərəfindən aparılır.

Qeyd edək ki, abidə 1942-ci ilin yanvarından nasistlərin 32 mindən çox yəhudini konsentrasiya düşərgələrinə göndərdiyi Moabit yük stansiyası üzərindəki körpünün üzərində yerləşir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
2
axar.az

3Источники