RU

Aqressiyanı azaldan təbii qidalar - SİYAHI

Aqressiv davranışın qarşısını almaqda qidalanmanın rolu xüsusilə önəmlidir.

Modern.az-ın məlumatına görə, “Aggression and Violent Behavior” (AVB) adlı nüfuzlu elmi jurnalda dərc olunan yeni araşdırmada qeyd edilir ki, OMEQA-3 yağ turşuları, xüsusilə EPA və DHA aqressiyanı, ani qəzəb partlayışlarını və stresə qarşı həssas reaksiyaları əhəmiyyətli dərəcədə azalda bilir.

Uzun illərdir OMEQA-3-ün ürək-damar, beyin və immun sistemi üçün faydalı olduğu məlum idi. Lakin son meta-analiz sübut edib ki, bu maddələr davranışa da təsir edir.

Araşdırma çərçivəsində alimlər əvvəlki 29 elmi tədqiqatın nəticələrini təhlil ediblər. Bu tədqiqatlarda məktəb yaşlı uşaqlardan tutmuş klinik və penitensiar müəssisələrdə olan yetkinlərə qədər ümumilikdə 4 minə yaxın insan iştirak edib.

Nəticələr göstərib ki, OMEQA-3 yağ turşuları aqressiv davranışı azalda bilir.

Tədqiqatçılar OMEQA-3-ün həm reaktiv (emosional), həm də planlı və məqsədli (proaktiv) aqressiyanı azalda bildiyini vurğulayırlar. Bu maddələr, xüsusilə də EPA və DHA, yüksək qıcıqlanma, impulsivlik və zorakılığa meylli insanlarla işləyərkən potensial faydalı alət hesab olunur.

OMEQA-3 əsasən yağlı balıqlarda (qızılbalıq (samon), skumbriya, sardina), habelə qoz və zeytun yağında mövcuddur. Alimlər qeyd edirlər ki, xüsusən məktəblərdə, klinikalarda və islah müəssisələrində aqressiv davranış problemi aktuallığını qoruyur. Bu səbəbdən xroniki stres və ya emosiyaları tənzimləməkdə çətinlik yaşayan insanlara OMEQA-3 ilə zəngin qidalanma və ya keyfiyyətli qida əlavələri tövsiyə olunur.

Избранный
36
2
modern.az

3Источники