Bakı. Trend:
Azərbaycan millisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17dünya çempionatını Beləliklə 1 qızıl, 3 bürünc medalla başavurub.
Trend GüləşFederasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sonyarış günündə 4 çəkidə güləşçilərimiz medallar uğrunda mübarizəaparıb.
Onlardan ikisi fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Həsən Həsənov (60 kq) təsəlliverici görüşlərdə yunanıstanlıPavlos Ntiantiadislə qırğızıstanlı Ulukman Jekşenkulov (7:2)üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz həlledici qarşılaşmadakanadalı Natan Naşı minimal fərqlə (5:4) üstələyərək bürünc medalqazanıb.
Ramal Mirhüseynov (51 kq) təsəlliverici görüşdə hindistanlıDanraj Jamnikə 4:7 hesabıyla məğlub olub.
Rəşad Veysəlov (71 kq) ilk təsəlliverici görüşdə gürcüstanlıKoba Qoquadzeyə 12:10 hesabıyla qalib gəlsə də, ikincitəsəlliverici görüşdə özbəkistanlı Farruxbek Jumanazarova "tuş"lauduzub.
Səid Paşayev (92 kq) təsəlliverici görüşdə ukraynalı Samirİbişovdan güclü olub - 2:0. Avropa çempionumuz bürünc medal uğrundaqarşılaşmada isə qazaxıstanlı Beibaris Yerqaliyə 5:3 hesabıylaqalib gələrək dünya üçüncüsü olub.
Ötən gün Hüseyn İsmayılov (65 kq) dünya çempionu olmuş, HakimTağıyev (110 kq) isə üçüncü yeri tutmuşdu.
Qeyd edək ki, Azərbaycan 90 xalla komanda hesabında 4-cü pillədəqərarlaşıb və ilk “3-lüy”ü qapayan Qazaxıstandan cəmi 1 xal geriqalıb. ABŞ 154 xalla dünya çempionu olubsa, İran 150 xalla ikinciyeri tutub.