RU

Yol kənarında günəşin altında çalışan polislərimiz sosial şəbəkələrdə alqışlanır

ain.az, Dogru.az saytına istinadən bildirir.

Avqustun ilk günlərində müşahidə olunan dözülməz isti havalara baxmayaraq, yol kənarlarında xidmət aparan polislərin görüntüləri sosial şəbəkələrdə vətəndaşların diqqətini çəkib.

Doğru.az xəbər verir ki, vətəndaşlar sosial platformalarda xüsusilə tənqidə daha çox məruz qalan polis əməkdaşlarının bu fədakar əməyini təqdir edərək təşəkkür paylaşımları ediblər.

“40 dərəcə istidə asfaltın üstündə dayanmaq asan deyil. Onlar həm tənzimləyir, həm təhlükəsizliyimizi qoruyurlar. Sağ olsunlar”, – deyə bir istifadəçi yazıb.

Digər bir paylaşımda isə polisin günəş altında saatlarla su içmədən xidmət aparması qeyd olunub və ictimaiyyətin bu əziyyəti görməli olduğu bildirilib.

Həmin paylaşımı təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
1
dogru.az

2Источники