Göygöldə yol qəzası olub, xəsarət alanlar var.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki hərəkətdə olan iki avtomobil toqquşub.
Qəzada bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar xəstəxanaya aparılıb.Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Tural Əhmədov