"Qarabağ" növbəti transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, "köhlən atlar" 26 yaşlı hücumameyilli yarımmüdafiəçi Coni Montieli transfer edib.
Futbolçu son olaraq İspaniyanın "Rayo Vallekano" klubunda çıxış edib və azad agent statusunda idi. O, "Rayo Vallekano" forması ilə 70 oyuna 3 qol 8 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Qeyd edək ki, ispaniyalı buna qədər "Burqos", "Real Valladolid", "Levante" kimi klublarda da çıxış edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта