RU

Lionel Messinin zədədən sonrakı durumu açıqlanıb

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano Liqa Kubokunda Meksikanın "Nekaska" klubu ilə qarşılaşmada zədələnən Lionel Messinin vəziyyətini şərh edib.

İdman.biz xəbər verir ki, Maskerano zədənin xarakteri ilə bağlı yekun nəticələrin yalnız tibbi müayinədən sonra məlum olacağını bildirib.

Mütəxəssis vurğulayıb ki, bəlkə də hər şey o qədər də ciddi deyil, çünki Messi o qədər də ağrı hiss etmir.

Qeyd edək ki, ulduz futbolçu matçın 11-ci dəqiqəsində diskomfort hiss edib və əvəzlənib. Oyunda ümumi hesab 2:2 olsa da, "İnter Mayami" "Nekaska"ya penaltilər seriyasında qalib gəlib - 5:4.

İdman.biz

Избранный
6
idman.biz

1Источники