RU

ABŞ və Rusiya arasında nüvə gərginliyi: Geri sayım başlayır, son 5 gün qaldı

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi atəşkəs ultimatumunun bitməsinə 5 gün qalır.

Globalinfo.az xəbər verir ki, Tramp ötən cümə günü axşam verdiyi bəyanatda Rusiya sahillərinə iki nüvə sualtı qayığının göndərildiyini açıqlayaraq, əgər avqustun 8-dək atəşkəs əldə olunmazsa, Moskvanı yeni iqtisadi sanksiyalar paketi ilə hədələyib.

Bu açıqlama Vaşinqton-Moskva münasibətlərində gərginliyin daha da artmasına səbəb olub. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Trampın bu addımını müharibəyə doğru atılmış addım kimi qiymətləndirib və ABŞ-ın ultimatum oyunu oynadığını deyib.

“Truth Social” platformasında paylaşım edən Tramp bu sözləri yazıb: “Sözlər çox vacibdir və çox vaxt gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu, onlardan biri deyil”.

O, həmçinin ABŞ-ın iki nüvə sualtı qayığının müvafiq ərazilərə yenidən yerləşdirilməsi barədə göstəriş verdiyini bildirib. Qayıqların dəqiq hansı bölgəyə göndərildiyi açıqlanmayıb.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
86
1
globalinfo.az

2Источники