RU

Gədəbəydə ağır qəzada ölənlərin və yaralıların kimlikləri məlum oldu - YENİLƏNİB

Gədəbəydə baş vermiş ağır qəzada ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, Çiçəkli kənd sakinləri 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov həlak olublar.
 
KIA markalı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, 2021-ci il təvəllüdlü Renat Məmmədov və 2020-ci il təvəllüdlü Amil Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Hadisə yerinə Gədəbəy RPŞ-nin əməkdaşları cəlb olunublar.
 
Faktla bağlı araşdırma aparılır.
 
19:30
 
Gədəbəydə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.
 
Hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə, maşın dərəyə aşıb.
 
Qəza zamanı 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
 
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
 
 
Избранный
28
3
moderator.az

9Источники