Ölkə başçısı deyib: “Üç sanksiya paketi hazırlanıb və ilk paket artıq bu gün tətbiq edilib. Biz bu paketləri tərəfdaşlarımızla sinxronlaşdıracağıq".

V.Zelenskinin saytında sanksiyaların tətbiqi ilə bağlı fərman da dərc olunub. Fiziki şəxslərin siyahısına 94 nəfər daxildir ki, onlardan 83-ü Rusiya, qalanları Banqladeş, Gürcüstan, Hindistan, İran, Çin, Myanma, Pakistan kimi ölkələrin vətəndaşlarıdır. Hüquqi şəxslərin siyahısına Rusiyanın beş şirkəti, o cümlədən “Qazpromneft Gəmiçiliyi” daxildir.