RU

"Futbolçuların hekayələri" layihəsi start götürüb

Futbol ilə bağlı yeni media layihəsi fəaliyyətə başlayıb.

90deqiqe.Az-ın məlumatına görə,"SportZone" platformasının təqdimatında reallaşan "Futbolçuların hekayələri" adlı layihə çərçivəsində tanınmış futbolçuların həyat və karyera yoluna nəzər salınacaq.

Layihədə iştirak edən idmançılar uşaqlıq illərindən başlayaraq peşəkar futbola gedən yolda keçdikləri mərhələləri, qarşılaşdıqları çətinlikləri və qazandıqları uğurları öz dilindən bölüşəcəklər. Məqsəd tamaşaçılara yalnız meydandakı oyun deyil, onun arxasında gizlənən real həyat hekayələrini çatdırmaqdır.

Qeyd edək ki, layihənin ilk buraxılışı artıq yayımlanıb. Videonu aşağıdakı link vasitəsilə izləmək mümkündür:

 

"Futbolçuların hekayələri" layihəsi 90deqiqe.Az saytının informasiya dəstəyi ilə təqdim olunur.

Избранный
20
1
90deqiqe.az

2Источники