Maraqlıdır ki, parkinq ödənişi müştərilərə restorandan təqdim edilən ümumi ödəniş qəbzlərinə əlavə edilir. Bu isə müştərilərin narazılığına səbəb olub.
Həmin müştərilərdən biri restorana ödənilən hesabı paylaşaraq buna etirazını bildirib. Belə ki, restorana gələn müştərilər 500 manatdan çox hesab ödəyiblər. 10 faiz (54 manat) də əlavə olaraq servis haqqı ödəyən müştərilərdən 4 maşına görə 40 manat da parkinq ödənişi alınıb.
