Həmzət Çimayevlə cənubi afrikalı Drikus Dyu Plessi arasında orta çəki dərəcəsində çempionluq döyüşününü mükafat fondu bəlli olub.
Publika.az xəbər verir ki, bu barədəAmerikanın “Sportskeeda” portalı məlumat yayıb.
Çimayev və Dyu Plessi avqustun 17-də Çikaqoda (ABŞ) UFC 319 turnirində çempionluq kəməri uğrunda döyüşəcəklər.
Mənbənin sözlərinə görə, Həmzət qalib gəlsə, rekord məbləğdə 1,8 milyon dollar qazanacaq. Bundan əvvəl Çimaeyvin döyüş üçün maksimum qazancı 1 milyon dollar olub.