RU

Avstraliyada məsafədən işin hüquqa çevrilməsi təklif edilir

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Avstraliyanın Viktoriya ştatının Baş naziri Jasinta Allan məsafədən işləməyi qanun çərçivəsinə salmaq istəyir.

AZƏRTAC xəbər verir ki, Baş nazir bu iş rejiminin “tələb deyil, hüquq” olduğunu bildirib.

Allan qeyd edib ki, şərait imkan verdiyi təqdirdə işçi həftədə iki gün evdən işləyə bilməlidir. Bu yolla işçilər daha səmərəli çalışacaq, ailələrinə daha çox vaxt ayıracaq və pula qənaət edəcəklər.

Bundan əlavə, məsafədən iş həm yollarda sıxlığı azaldacaq, həm də qadınların əmək bazarında daha fəal iştirakına imkan verəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
7
yeniazerbaycan.com

8Источники