RU

Lukaşenkonun Putinə dedikləri təsdiqləndi Qərbdən etiraf

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Rusiya ordusu Ukraynaya hücumunu sürətləndirir. Bu, 2024-cü ilin noyabrından bu yana ən böyük hücuma çevrilir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.

Bildirilib ki, iyul ayı ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın 713 kvadrat kilometr ərazisini işğal edib:

“Bu da 634 kvadrat kilometr xalis mənfəət deməkdir. İyun ayında 588 kvadrat kilometr, mayda 507, apreldə 379 kvadrat kilometr ərazi Rusiyanın nəzarətinə keçib. Hazırda rus ordusu Zaporojjya və Xarkov vilayətlərində cəmləşib. Ukrayna ərazisinin təxminən 19 faizi Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır”.

Bir gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko demişdi ki, Rusiya ordusu Ukraynada müharibə zonasında bütün istiqamətlərdə irəliləyir. O, bu barədə Rusiya lideri Vladimir Putinlə görüşündə danışmışdı.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
globalinfo.az

1Источники