Demokrat.az-ın IRNA agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran ordusunun baş komandanı general-leytenant Əmir Hatəmi deyib.
"Bir faizlik hücum ehtimalı belə 100 faizlik təhlükə kimi qəbul edilməlidir. Düşməni lazımi qədər qiymətləndirməmək və bütün təhdidlərin keçmişdə qaldığını düşünmək olmaz", - deyə o qeyd edib.
Hatəminin sözlərinə görə, İranın raket və pilotsuz aviasiya qüvvələri əvvəlki kimi hazır vəziyyətdədir və yeni təhlükələr yaranarsa, istifadə olunacaq.