RU

Ukraynanın Xarkov şəhərində atəş altında azərbaycanlı heykəltaraş ata-oğul - FOTOREPORTAJ

Ukraynada 4-cü ildir davam edən müharibədə ən qaynar nöqtələrdən biri olan Xarkovda yaşayan azərbaycanlı ata-oğul nəinki şəhəri tərk edir, hətta kreativ yaradıcılıqlarını sığınacaqda davam etdirirlər.

"Report"un Şərqi Avropa bürosu azərbaycanlı heykəltaraşların emalatxanasında olub.

Ata - əslən Azərbaycanın Gəncə bölgəsindən olan Məmmədov Katib uzun illərdir Xarkovda yaşayır, hətta bu şəhərin fəxri vətəndaşı olan yeganə azərbaycanlıdır. Çünki o, nəinki bu ölkənin tanınmış heykəltaraşıdır, hətta yeganə azərbaycanlıdır ki, Ukraynanın Xalq rəssamı adına layiq görülüb.

Ukraynada və Avropada bir sıra əsərlərin müəllifi olmaqla yanaşı, Azərbaycan tarixi ilə bağlı heykəllərin müəllifidir. Xarkov da daxil olmaqla Ukraynanın bir sıra şəhərlərində Azərbaycanın tarixi şəxsiyyətlərinin heykəlləri onun əsəridir.

Oğlu Emil Məmmədov da onun irsini davam etdirməklə, hazırda da Xarkovda onunla birlikdədir. Ata-oğul, Xarkovun atəş altda olmasına baxmayaraq, sığınacaq emalatxanada fəaliyyətlərini davam etdirirlər.

Emil Məmmədov həm də Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının aspirantıdır.

Избранный
17
2
report.az

3Источники