RU

Soçidə neft bazasındakı yanğın lokallaşdırılıb — YENİLƏNİB

Soçinin Adler rayonunda yerləşən neft bazasında pilotsuz uçuş aparat (PUA) qalıqlarının düşməsi nəticəsində baş vermiş yanğın lokallaşdırılıb.

Demokrat.az 
xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı "Telegram" kanalında məlumat yayıb.

Qərargahın məlumatına görə, ilkin olaraq neft məhsullarının olduğu 2 000 kubmetr həcmində çən yanıb, tezliklə yanğın digər çənə keçib.

Yanğının sahəsi 362 kvadratmetr olub.

***
10:26

Soçidə neft bazasına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilib, yanğın olub.


Demokrat.az-ın xbərinə görə, bu barədə regionun qubernatoru Veniamin Kondratyev Telegram-da paylaşım edib.

Избранный
19
1
demokrat.az

1Источники