BAKI, 3 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri son sutkada 1250-dən çox canlı qüvvə itirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələr üzrə itkilər belə göstərilib:
"Şimal" qrupu zonasında – təxminən 185 hərbçi
"Qərb" – 220 nəfərə qədər
"Cənub" – 185 nəfərə qədər
"Mərkəz" – 375-dən çox
"Şərq" – 200-dən çox
"Dnepr" qrupu zonasında – 85 nəfərə qədər
Rusiya tərəfi bu rəqəmləri Ukrayna ordusunun mövqelərinə qarşı keçirilən hücum əməliyyatları nəticəsində qeydə alındığını bildirir.