Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib.
"Bakuinfo" “Qafqazinfo ya istinadən xəbər verir ki, o, bu gün 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, görkəmli dramaturq, professor 1943-cü ildə İlyas Əfəndiyevin ailəsində Bakıda anadan olub. 1993-2018-ci illərdə Azərbaycanın Baş nazirinin müavini kimi çalışıb.
1998-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb. Bundan başqa, “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenlərinə, eləcə də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.