RU

Zelenski iki idarə rəhbərini vəzifədən azad edib

Ukrayna Prezidenti Volodimir Zelenski Sergey Qaydayı Mukaçev Rayon Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən azad edib. 

Operativ Media xəbər verir ki, bu barədə Prezident Aparatının rəsmi saytında müvafiq sərəncam yerləşdirilib.

Qeyd olunur ki, Qayday yaxın günlərdə ölkənin vilayətlərindən birinə rəhbər təyin olunmalı idi. Xatırladaq ki, o, 2019-cu ilin oktyabrından 2023-cü ilin mart ayına qədər Luqansk Vilayət Dövlət Administrasiyasına rəhbərlik edib.

Bundan əlavə, Zelenski Luqansk vilayətinin Severodonetsk rayonunda yerləşən Rubejnoye şəhər hərbi administrasiyasının rəhbəri Andrey Yurçenkonu da vəzifəsindən azad edib.

Qeyd edək ki, pilotsuz uçuş aparatları (PUA) və radioelektron mübarizə sistemlərinin satın alınmasında korrupsiya faktları ilə bağlı açılmış cinayət işi çərçivəsində “Xalqın Xidməti” partiyasından olan deputat Aleksey Kuznetsovla yanaşı, Mukaçev rayon administrasiyasının rəhbəri Sergey Qayda da saxlanılıb.

Избранный
60
4
operativmedia.az

5Источники