"Karvan" yarımmüdafiəçi İbrahim Qədirzadə ilə müqaviləni yeniləyib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.
Qədirzadə ötən mövsüm "Karvan"ın heyətində 25 oyun keçirib və 3 qol ötürməsi edib.
Qeyd edək ki, yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "Karvan" bu yay qapıçı Kamran İbrahimovla da müqaviləni uzadıb.