Avqustun 4-ü İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Həmin gün Azərbaycan təmsilçiləri "Araz-Naxçıvan" və "Sabah" komandaları da potensial rəqiblərini öyrənəcək.
Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir. "Araz-Naxçıvan" Kiprin "Omoniya", "Sabah" isə Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq.
Püşkatmada Elmar Baxşıyevin rəhbərlik etdiyi "Araz-Naxçıvan" - "Ominiya" cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), "Levski" - Sabah" cütü isə səpələnməmişlər səbətində yer alacaq. "Sabah" mərhələ adlaya bilsə, "böyük beşlik" ölkələrinin komandalarından biri ilə də qarşılaşa bilər.
"Araz-Naxçıvan"ın mümkün rəqibləri aşağıdakı cütlüklərdən birinin qalibi olacaq:
"Larn" (Şimali İrlandiya) - "Santa Klara" (Portuqaliya); "Lozanna Sport" (İsveçrə) - "Astana" (Qazaxıstan); "Klaksvik" (Farer adaları) - "Neman" (Belarus);"Vikinqur" (İslandiya) - "Brondby" (Danimarka);"Hayduk" (Xorvatiya) - "Dinamo Siti" (Albaniya); "Riqa" (Latviya) - "Beitar" (İsrail); "Aris" (Kipr) - AEK (Yunanıstan); "Banik" (Çexiya) - "Austria" (Avstriya); "Universitatya Krayova" (Rumıniya) - "Spartak Trnava" (Slovakiya); "Rusenborq" (Norveç) - "Hammarbü" (İsveç); AİK (İsveç) - "Dyor" (Macarıstan); "Kauno Æalgiris" (Litva) - "Arda" (Bolqarıstan); "Polesye" (Ukrayna) - "Pakş" (Macarıstan).
Həmçinin Avropa Liqasının 3-cü təsnifat mərhələsində məğlub olacaq bu cütlərin uduzan komandaları da mümkün rəqib ola bilər: "Servette" (İsveçrə) - "Utrext" (Niderland); PAOK (Yunanıstan) - "Volfsberq" (Avstriya); "Fredrikstad" (Norveç) - "Midtyulland" (Danimarka); AEK (Kipr) - "Legiya" (Polşa); "Hekken" (İsveç) - "Brann" (Norveç) "Sabah"ın mümkün rəqibləri: "Fiorentina" (İtaliya); "Kristal Pelas" (İngiltərə); "Rayo Valyekano" (İspaniya); "Mainz 05" (Almaniya); "Strasburq" (Fransa).
Həmçinin aşağıdakı cütlərin qalibləri:
AZ Alkmaar (Niderland) - "Vaduts" (Lixtenşteyn); "Rapid" (Avstriya) - "Dandi Yunayted" (Şotlandiya); "Anderlext" (Belçika) - "Şerif" (Moldova); "Vikinq" (Norveç) - "Başakşəhər" (Türkiyə); "Partizan" (Serbiya) - "Hibernian" (Şotlandiya); "Rakuv" (Polşa) - "Makkabi Hayfa" (İsrail); "Balkani" (Kosovo) - "Shamrock Rovers" (İrlandiya); "St. Patricks" (İrlandiya) - "Beşiktaş" (Türkiyə); "Silkeborg" (Danimarka) - "Yagelloniya" (Polşa).
Bundan əlavə, Avropa Liqasının 3-cü mərhələsində uduzan bu cütlərin məğlub tərəfləri də rəqib ola bilər: "Panatinaikos" (Yunanıstan) - "Şaxtyor" (Ukrayna); "CFR Kluj (Rumıniya) - "Braqa" (Portuqaliya).
Qeyd edək ki, püşkatma avqustun 4-ü saat 16:00-da başlayacaq. Pley-off oyunları isə 21 və 28 avqust tarixlərində keçiriləcək.