ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna münaqişəsinin həlli yalnız diplomatik yolla mümkündür.
Bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker NBC News-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ağ Evin rəhbəri açıq şəkildə bəyan edib ki, Ukraynadakı münaqişənin hərbi yolla həlli mümkün deyil.
“Tramp açıq şəkildə bildirib ki, Ukrayna münaqişəsi döyüş meydanında başa çatmayacaq”, – deyə Uitaker vurğulayıb.
MənbəAPA