Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynanın cənubuna bir neçə raket zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, Nikolayevdə baş verən hücum nəticəsində böyük yanğın başlayıb, fərdi evlər dağılıb, çoxmərtəbəli binalar zədələnib. Bunu şəhər meri Aleksandr Senkeviç bildirib.
Nikolayev Vilayət Administrasiyasının rəhbəri Vitali Kim raket təhlükəsinin əvvəlcədən qeydə alındığını və ardından bölgədə elektrik enerjisinin kəsildiyini qeyd edib. Səbəblər araşdırılır.
Xersonda da elektrik təchizatı kəsilib. Xerson Vilayət Administrasiyasının rəhbəri Aleksandr Prokudinun məlumatına görə, şəhərə raket yaxınlaşması qeydə alınıb. Elektrik kəsintisinin səbəbləri araşdırılır.
Həmçinin, Xersonun Koraebel yaşayış massivində körpü zədələnib, logistika çətinləşib. Qaz borusunda da zərər var və sakinlər müvəqqəti qazsız qalacaqlar. Prokudin sakinləri təhlükəsizlik səbəbi ilə evakuasiya olunmağa çağırıb.
Xilasedicilər hücumların, o cümlədən Nikolayevdəki yanğının nəticələrinin aradan qaldırılması üçün işlərini davam etdirirlər.
Bizim.Media