RU

Vinisius və "Real" arasında ziddiyətlər dərinləşir

İspaniyanın "Real" futbol klubunun hücumçusu Vinisius müqaviləsini uzatmaq üçün 25 milyon avrodan çox məvacib tələb edir.

Nəşrin mənbəsinin məlumatına görə, "Real" rəhbərliyi bu məbləğin həddindən artıq şişirdilmiş hesab edir. Klubun prezidenti Florentino Peres futbolçuya vergilər çıxılandan sonra ildə 20 milyon avro təklif etməyə hazırdır. Həmçinin bildirilir ki, Vinisiusun ətrafı oyunçunun "Real"ın hazırkı təklifini qəbul etməsinin absurd olacağını düşünür.
 
Qeyd olunur ki, Vinisiusun müqaviləsində bir milyard avro məbləğində təzminat bəndi olsa da, madridlilər maaş tələbləri dəyişməz qalarsa, digər klublardan təklifləri nəzərdən keçirməyə hazırdır.
Избранный
53
4
moderator.az

10Источники