RU

Polşa Belarusla sərhədin su hissəsində elektron baryerin tikintisini tamamladı

Bakı. Trend:

Polşanın Lyublin voyevodalığında, Belarusla sərhədin su hissəsiboyunca elektron baryerin tikintisi yekunlaşıb.

Trend xəbər verirki, bu barədə Polşanın Daxili İşlər və İdarəetmə naziri MarçinKervinski məlumat verib.

Nazirin sözlərinə görə, Buq çayı boyunca quraşdırılan baryerindəyəri 280 milyon zloti (təxminən 75 milyon dollar) təşkil edir. Oqeyd edib ki, ümumilikdə Belarusla sərhəd boyunca elektron vəfiziki maneələrin gücləndirilməsinə 160 milyon dollardan çox vəsaitxərclənib və bu investisiyalar davam etdiriləcək.

Kervinski bildirib ki, görülən tədbirlər nəticəsində qanunsuzsərhəd keçidlərinin aşkarlanması səmərəliliyi 30%-dən 98%-əyüksəlib.

Qeyd edək ki, 2022-ci ildə Polşa Belarusla sərhəddə 186 kmuzunluğunda və 5,5 m hündürlüyündə tikanlı məftilli polad hasartikmiş, 2023-cü ildə isə sərhədin quru hissəsində elektron nəzarətsistemlərinin (gecə və istilik görüntü kameraları, aşkarlamakabelləri və s.) qurulmasını tamamlamışdı.

Избранный
18
az.trend.az

1Источники