“Neftçi”nin lüksemburqlu hücumçu Alessio Kurcinin transferi üçün ödədiyi məbləğ məlum olub.
Bizim.Media “Transfermarkt”a istinadən xəbər verir ki, “ağ-qaralar” 23 yaşlı hücumçunun keçidi üçün Belçikanın “Franks Borayns” klubuna 200 min avro (təxminən 380 min manat) ödəyib.
Qeyd edək ki, Lüksemburq millisinin 23 yaşlı hücumçusu ilə 3 illik müqavilə bağlanıb. O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта