Meksikanın cənubundakı Oaxaka ştatında 5,9 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"5,9 bal gücündə zəlzələ. Yer: Oaxaka ştatının Tlakolula şəhərindən 13 kilometr şərqdə. Vaxt: 2 avqust 2025-ci il, saat 11:58. Dərinlik - 74 kilometr", - məlumatda deyilir.
İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində xəsarət alan olmayıb, dağıntı yoxdur.