RU

KİV: Azərbaycanın İbrahim sazişləri nə qoşulması üçün Trampın şərti var

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp və onun komandası seçkiöncəsi strategiyası çərçivəsində 2020-ci ildə onun administrasiyası dövründə başladılmış “İbrahim sazişləri” diplomatik təşəbbüsünün genişləndirilməsi üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Azərbaycan və Mərkəzi Asiyanın bir neçə ölkəsi sazişlərin potensial yeni iştirakçıları kimi nəzərdən keçirilir. Bu ölkələrin İsrail ilə rəsmi münasibətləri artıq mövcud olsa da, Tramp təşəbbüs çərçivəsində onlar arasında iqtisadiyyat, təhlükəsizlik və infrastruktur sahəsində daha sıx əməkdaşlığı təmin etmək niyyətindədir.

“Reuters”in xəbərinə görə, Azərbaycanın bu sazişlərə qoşulması üçün əsas şərtlərdən biri Ermənistanla sülhün əldə edilməsidir. Tramp komandasındakı mənbələr vurğulayıblar ki, prezident Bakı ilə İrəvan arasında mümkün sazişi postsovet məkanında diplomatik arxitekturanın genişləndirilməsi yolunda "mühüm mərhələ" hesab edir.

Danışıqları Trampın ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff aparır. O, mayda Bakıya səfər edib və Prezident İlham Əliyevlə görüşüb.

Ağ Evdə yaxşı başa düşürlər ki, sülh sazişi indiki halda daha çox Ermənistandan asılıdır.

Yazıda o da qeyd olunur ki, danışıqlarda Uitkoffa əvvəllər regional məsələlər üzrə xüsusi elçi vəzifəsini tutan Ari Laytstoun kömək edir.

“Reuters” qeyd edir ki, digər Mərkəzi Asiya ölkələrinin (Özbəkistan və Qazaxıstan daxil olmaqla) sazişlərə qoşulması məsələsi hələ ilkin müzakirələr mərhələsindədir. Tramp administrasiyası məsələni şərh verməkdən imtina edib, Azərbaycan nümayəndələri isə danışıqlar faktını nə təsdiq, nə də təkzib etməyiblər.

Qeyd edək ki, “İbrahim sazişləri” təşəbbüsü vaxtilə İsrailin BƏƏ, Bəhreyn, Mərakeş və Sudanla münasibətlərinin normallaşmasına gətirib çıxarıb və Tramp komandasının əsas xarici siyasət uğurlarından biri hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
2
sherg.az

3Источники