RU

Pirşağıda dənizdə batan şəxsin meyiti sudan çıxarıldı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

Globalonfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəzarətsiz ərazidə – ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda baş verib.

Məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub və axtarış-xilasetmə tədbirlərinə başlayıblar.

Görülən tədbirlər nəticəsində batmış şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
122
2
globalinfo.az

10Источники