Xəbər verdiyimiz kimi, Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.
Sorğuya cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev APA-nın cənub bürosuna bildirib ki, avqust ayının 2-də saat 12 radələrində sürücü T.Əliyev idarə etdiyi "QAZ 6601" markalı yük avtomobili ilə rayon ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsinin yük yerində olan sərnişin 31 yaşlı R.Zamanov asfalt örtüyünün üzərinə yıxılıb. Sərnişin aldığı xəsarətlər nəticəsində ölüb.
Hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
21:15
Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.
Kənddə turistlərə bələdçilik edən tur rəhbəri, Lerik rayonunun Günəşli kənd sakini 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb.
Ətrafdakıların köməyi ilə o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub.
R Zamanov təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun dayısı Azad Rzayev APA-ya verdiyi açıqlamada bildirib ki, R.Zamanovu epilepsiya tutub və o yıxılıb, baş nahiyəsindən xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
