RU

Bu vəzifədə çalışanlar pensiyaya

Azərbaycanda daha 65 peşə və vəzifədə çalışanlar da güzəştli şərtlərlə pensiyaya çıxa biləcəklər.Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyindən bildirilib. Məlumata görə, son iki ildə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrin siyahısına yeni peşələr əlavə olunub.Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib ki, hazırda güzəştli şərtlərlə pensiya hüququ verən siyahıda 4 mindən artıq peşə və vəzifə yer alır. Bu o deməkdir ki, həmin sahələrdə çalışan şəxslər ümumi pensiya yaşından 5 il əvvəl əmək pensiyasına çıxmaq imkanı qazanırlar. Filiz və kömür hasilatı sahələrində, neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsində, gecə vaxtı tunellərdə çalışanlar və digər kateqoriyadan olanlar daha tez pensiyaya çıxa biləcəklər.Ekspert bildirib ki, yeni qərar ağır və zərərli əmək şəraitində çalışan minlərlə vətəndaşın sosial müdafiəsini daha da gücləndirəcək.“İnsanların sağlamlıqlarını riskə atdıqları peşələrdə çalışdıqları nəzərə alınaraq, onların erkən pensiyaya çıxması həm hüquqi baxımdan ədalətli, həm də sosial baxımdan zəruridir”,- deyə ekspert vurğulayıb.


Избранный
31
11
metbuat.az

10Источники