Bakı. Trend:
İtaliyanın antiinhisar qurumu "Giorgio Armani" qrupunu etik vəsosial məsuliyyətə sadiqliyini əks etdirən yalan bəyanatlara görə3,5 milyon avro məbləğində cərimələyib.
Trend xəbər verirki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Bildirilib ki, “Armani” qrupunun – "Giorgio Armani SpA və G.A.Operations SpA" – dəri çantalar və aksesuarların istehsalını əsasəntədarükçülərə həvalə etməsi və onların isə prosesi subpodratçılaraötürməsi nəticəsində işçilərin real iş şəraiti moda evinin elanetdiyi etik standartlarla uyğun gəlmir.
Araşdırmalar nəticəsində məlum olub ki, bəzi subpodratçılaristehsal gücünü artırmaq məqsədilə təhlükəsizlik avadanlıqlarınınbir hissəsini çıxarıb, bu isə işçilərin sağlamlığı vətəhlükəsizliyinə ciddi təhlükə yaradıb. Eyni zamanda, sanitar vəgigiyenik şəraitin kifayət qədər olmaması və işçilərin birhissəsinin rəsmi qeydiyyatsız çalışması da qeydə alınıb.
Antiinhisar qurumu bildirib:
“Bu şəraitdə işçilərin hüquqlarının və sağlamlığının qorunması,"Giorgio Armani SpA və G.A. Operations SpA" tərəfindən verilən etikvə sosial məsuliyyət bəyanatlarının məzmununa tam ziddir.”
Qurum həmçinin vurğulayıb ki, "Giorgio Armani SpA" şirkəti buvəziyyətdən xəbərdar olub və bunu sübut edən daxili sənədlər dəmövcuddur.
Armani şirkəti cərimə qərarına münasibət bildirərək “acı vətəəccüb” içində olduqlarını, qərarın apellyasiya yolu ilə ləğvolunacağına inandıqlarını bəyan edib.