Bakı. Trend:
Azərbaycanın gənclərdən ibarət cüdo komandası ŞimaliMakedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa Kubokuna uğurlustart verib.
Trend xəbər verirki, təmsilçilərimiz yarışın ilk günündə 2 qızıl, 1 gümüş və 1bürünc medal qazanıblar.
Tatami üzərinə çıxan idmançılarımızdan Nihad Məmişov və FəridQarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev və Nizami İmranov (66kq), eləcə də Abil Yusubov (73 kq) mübarizə aparıblar.
Finalda Nihad Məmişov komanda yoldaşı Fərid Qarayevə qalibgələrək qızıl medal qazanıb, Fərid isə gümüş medalla kifayətlənib.Digər qızıl medalı isə 73 kq çəki dərəcəsində çıxış edən AbilYusubov əldə edib. Bürünc medala isə 66 kq çəki dərəcəsində yarışanMəhəmməd Musayev layiq görülüb.
Qeyd edək ki, Avropa Kubokuna sabah yekun vurulacaq.