RU

Ayvazovskinin abidəsinin sökülməsi beynəlxalq hüququn tələblərinə tam uyğundur

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"Rusiya sülhməramlılarının Qarabağda yerləşdirildiyi dövrdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə zidd olan bir sıra məqsədyönlü addımlar atılıb. Bu addımlardan biri də Xankəndi şəhərində erməni əsilli İvan Ayvazovskinin büstünün qanunsuz şəkildə ucaldılması idi. Azərbaycan Respublikasının öz suveren hüquqlarını əsas tutaraq bu abidəni sökməsi, beynəlxalq hüququn və ölkə qanunvericiliyinin tam tələblərinə uyğun şəkildə həyata keçirilib."

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, bu legitim addıma qarşı Rusiya tərəfinin etirazı və xüsusilə də TASS informasiya agentliyinin Xankəndini “Stepanakert” kimi təqdim etməsi, sadəcə mədəniyyət və tarix məsələsi yox, daha dərin geosiyasi və informasiya savaşının göstəricisi kimi təhlil olunmalıdır:

"Rusiya tərəfi bu məsələni yalnız bir büstün sökülməsi kimi təqdim etsə də, əslində reaksiyanın arxasında postsovet məkanında təsir imkanlarını saxlamaq cəhdi dayanır. Ayvazovskinin erməni əsilli olması iddiaları üzərindən bu məsələni daha da siyasiləşdirmək və guya bölgədəki “tarixi-mədəni irsin” qorunması adı ilə Azərbaycanın daxili işlərinə qarışmaq niyyəti daşıyır. Halbuki bu büstün qoyulması Azərbaycanın razılığı olmadan, qanunsuz şəkildə həyata keçirilib və suveren dövlət bu kimi hallara biganə qala bilməz."

Deputatın sözlərinə görə, TASS-ın Xankəndi əvəzinə qondarma “Stepanakert” sözündən istifadə etməsi isə informasiya manipulyasiyasının və ikili standartların bariz nümunəsidir:

"Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə verdiyi rəsmi cavab ilkin və adekvat reaksiyadır. 

Rusiya tərəfinin və TASS-ın bu cür davranışları bir tərəfdən keçmiş imperiya psixologiyasından, digər tərəfdən isə erməni kilsəsinə və ultramillətçilərə verilən dolayı dəstəkdən qaynaqlanır. Hətta bəzi hallarda bu münasibətlər separatizmin açıq-aşkar müdafiəsi kimi də şərh oluna bilər."

Azər Kərimli bildirib ki, belə bir şəraitdə Azərbaycanın sərt və prinsipial mövqeyi yalnız ərazi bütövlüyünün deyil, eyni zamanda milli ləyaqətin qorunması kimi dəyərləndirilə bilər:

 "Suverenlik simvolik aktlarla deyil, ardıcıl siyasi, diplomatik və ideoloji tədbirlərlə qorunur. Azərbaycan bu yolda qətiyyətli addımlar atmağa davam edir və nümunə göstərir."

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
modern.az

2Источники