Günün nəbzi
Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun son anti-Azərbaycan açıqlaması, TASS informasiya agentliyinin Xankəndi şəhərini “Stepanakert” adlandılması, bu ifadəni dərc etdiyi “xəbərin” sərlövhəsinə çıxarması həmin zənciri sıxa biləcək şəxsin (şəxslərin) Kremldə olduğunu bir daha sübuta yetirdi
Rəsmi Bakı bir qayda olaraq qonşu Rusiya dövlətinə münasibətdə xoş məram nümayiş etdirsə də qarşı tərəf daim müxtəlif metod və üsullarla , xüsusilə özünün həyasızlıqda bütün dünyada ad çıxarmış qaragüruhçu təbliğat maşını vasitəsilə sutkanın 24 saatında, necə deyərlər, dili boğaza qoymadan, nəfəs dərmədən xalqımızın və dövlətimizin ünvanına şər-böhtan püskürməkdən yorulmur. Bu zəhərsaçan “təbliğat maşını”nın əsan vintciklərindən biri olan hakim “Yedinaya Rossiya” (“Vahid Rusiya”) Partiyasından Rusiya Dövlət Dumasında deputat mandatı daşıyan, parlamentin aşağı palatasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini statusunda olan Konstantin Zatulin bu anti-Azərbaycan kampaniyasının önündə gedir, desək, yanılmarıq.
Amma iki gündən bir Rusiyanın əsas dövlət televiziyası olan “Rossiya 1” kanalında Azərbaycan tərəfi hər dəfə yırtıcı xislətləri ilə jurnalist adına ləkə olan Kremlin əsas təbliğat ruporları - üzdəniraq Vladimir Solovyovun və Olqa Skabayevanın müəllif verilişlərində peyda olub ünvanımıza olmazın iftiralar yağdıran bu əbləhin qeyri-insani hərəkətlərinə son qoymağı Kreml rəsmilərindən tələb edəndə onlar daş atıb başlarını tuturlar ki, bu, Konstantin Zatulinin şəxsi fikirləridir və dövlətin mövqeyini əks etdirmir. Təbii ki, Kreml rəsmiləri bu gülünc “arqumentləri”nə nəinki Azərbaycan tərəfini, hətta özlərini belə inandıra bilməzlər. Ən azı o səbəbdən ki, bu sadiq köpəyin Rusiya dövlətinin ali qanunvericilik orqanında tutduğu mövqe, xüsusilə Dövlət Dumasında hakim “Vahid Rusiya” Partiyasını təmsil etməsi onu kimin (kimlərin) hürdürdüyünü sübut edir.
Bu zatıqırığın bitib-tükənməyən anti-Azərbaycan davranışlarından bəhs edən bundan əvvəlki yazımıza “Zatulinin zənciri kimin əlindədir?” (“İki sahil” qəzeti, 19 mart 2025-ci il) sərlövhəsini seçməyimiz də məhz bu qənaətdən qaynaqlanırdı. Əsində, həmin yazıda başlığa çıxardığımız sualın ritorik olduğunu bilirdik. Çünki bu əbləhin zəncirinin kimin (kimlərin) əlində olması zatən çoxdan məlumdur. Bu günlərdə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Rusiya sülhməramlıları tərəfindən erməniəsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda qanunsuz quraşdırılmış büstünün sökülməsi məsələsinə dair şovinist və faşist ruhlu açıqlaması, hələ bu azmış kimi TASS informasiya agentliyinin Azərbaycanın Xankəndi şəhərini “Stepanakert” adlandırması, bu ifadəni dərc etdiyi “xəbərin” sərlövhəsinə çıxarması bir daha Zatulinkimilərin zəncirinin Kreml rəhbərliyinin əlində olması faktını tam çılpaqlığı ilə ortaya qoydu.
Bu baxımdan bugünkü qeydlərimiz üçün seçdiyimiz başlıq da ritorikdir. Ən azı o səbəbdən ki, onun boğazındakı zənciri sıxa biləcək şəxs (şəxslər) itib eləməyib. Obrazlı ifadə etməli olsaq, çoxdan tapılıb. Sadəcə, həmin şəxs (şəxslər) sadiq köpələrinin boğazındakı zənciri sıxıb bu insanabəznər məxluqun səsini birdəfəlik kəsməyə tələsmir. Bəs, Kremlin sadiq köpəyi Azərbaycan xalqının və dövlətinin ünvanına növbəti dəfə nə (nələr) hürüb?. Diqqət edin, görün bu adamabənzər əbləh nə çərənləyir: “Bakının indi atdığı addımları nəzərə alsaq, Rusiya vətəndaşlarının bu ölkədə turizm, iş və ya hər hansı digər məqsədlərlə olması sadəcə olaraq təhlükəlidir. Azərbaycanla münaqişənin eskalasiyası və ya əksinə, dondurulması diplomatların danışıqlar səylərindən asılı olacaq. Hər halda bu hekayədən ibrət dərsi götürməliyik. Bu məqamda Bakı nə təyyarə qəzasında, nə də azərbaycanlı mafiya başçılarının həbsində əli olmayan günahsız Rusiya vətəndaşlarını ələ keçirməyi dayandırmasa, Moskvanın bu ölkəyə səfərdən çəkinməyi tövsiyə etməkdən başqa yolu qalmayacaq.”
Bax, belə! Gəlin, bu sadiq köpəyin bir neçə cümləlik sözügedən sayıqlamalarının dərin qatlarında gizlənən məqamlara birlikdə nəzər yerirək. “Bakıya səfər etmək təhlükəlidir” deyən əhləh bununla həmvətənlərinə birincisi, özünün ərazisinə girişi çoxdan qadağan edilmiş, başqa sözlə, “Persona non-qrata” elan edildiyi Azərbaycana ayaq basmamağı “tövsiyə” etməklə “mən gedə bilmirəm, siz də getməyin” “həqiqətini” çatdırmaq istəyir. İkincisi, “Azərbaycanla münaqişənin eskalasiyası və ya əksinə, dondurulması diplomatların danışıqlar səylərindən asılı olacaq” dırnaqarası proqnozu ilə Kremlin bu “ultimatumunu” “rasşifrə” etmək istəyir ki, “əgər Azərbaycan bizim şərtlərinimizi qəbul etməsə “münaqişənin eskalasiyası” pik həddinə çata bilər. Yox, əgər şərtlərimizi qəbul etsə “münaqişəni” dondura bilərik. Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun açıqlamasında yer alan guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları da sadiq köpək Zatulinin iftiraları ilə tamamilə üst-üstə düşür və “Şimal ayısı”nın Azərbaycanla bağlı mənfur planlarından xəbər verir. Üçüncüsü, zatıqırıq Zatulin “Hər halda bu hekayədən ibrət dərsi götürməliyik” xəbərdarlığı ilə əvvəllər dönə-dönə qırıldatdığı “Azərbaycan Rusiya ilə strateji müttəfiq ola bilməz” “tezis”inə ehyam vurur. Həhayət, bu adamabənzər məxluqun sonuncu “tezis”ini, yəni, “Bu məqamda Bakı nə təyyarə qəzasında, nə də azərbaycanlı mafiya başçılarının həbsində əli olmayan günahsız Rusiya vətəndaşlarını ələ keçirməyi dayandırmasa, Moskvanın bu ölkəyə səfərdən çəkinməyi tövsiyə etməkdən başqa yolu qalmayacaq” hürməsini abırsızlığın, həyasızlığın, şərəfsizliyin kulminasiya nəqtəsi hesab etmək olar. Bu sadiq köpək sonuncu “tezis”ləri ilə demək istəyir ki, hazırda dili bir, dini bir, mənşəyi bir Ukrayna xalqını qanına qəltan edən, bütün dünya ilə yalnız zor dili ilə danışan Rusiya günahsızdır. Başqa sözlə, “aydan arı, sidan duru”dur.. İyunun 27-də Rusiya polisi tərəfindən Yekatrinburqda iki nəfəri xüsusi qəddarlıqla qətlə yetirilən, çoxlu sayda vətəndaşı ən vəhşi üsullarla həbsə atılan Azərbaycan bunun əksinə olaraq ucdantutma mafioz, bandit yetişdirən ölkədir. Bakıda Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları olduqları sübut edilərək anti-Azərbaycan fəaliyyətlərinə görə həbs olunan rus “jurnalistlərini” “günahsız” “məsum” vətəndaşlar adlandırmağın isə alçaqlıqdan, yaramazlıqdan başqa adı yoxdur. Rəsmi Bakıya ünvanladığı ultimamu “Moskvanın bu ölkəyə səfərdən çəkinməyi tövsiyə etməkdən başqa yolu qalmayacaq” hərbə-zorbası ilə tamamlaması bu sadiq köpəyin zəncirinin Kreml sahiblərinin əlində olduğunu növbəti dəfə sübut edir.
İndi siz deyin hörmətli oxucular, özünün təlxək rolunu “məharətlə” ifa edən Konstantin Zatulinlə Kreml rəsmisi Mixail Şvıdkoyun və yaxud bədnam Vladimir Solovyov və Olqa Skabayevanın, Xankəndini “Stepanakert” adlandıran Rusiyanın bir nömrəli dövlət informasiya agentliyi TASS-ın fərqi nədir? Bu məqamda böyük rus şairi və diplomatı Fyodr Tyutçevin “Умом Россию не понять, Aршином общим не измерить” (Rusiyanı ağılla dərk edib, ümumi arşınla ölçmək mümkün deyil) məşhur fikrini xatırlamamaq olmur. Baş verənləri “Şimal ayısı”ndan fərqli olaraq ağılın süzgəcindən keçirəndən sonra belə bir məntiqi nəticəyə gəlmək olur ki, iki əsrə yaxın bundan əvvəlki Rusiya cəmiyyətini xarakterizə edən bu məşhur deyim bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır və belə görünür ki, hər zaman saxlayacaqdır.