RU

Salyanda 16 yaşlı yeniyetmə Kür çayında boğulub

Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub. Avtosfer.az-ın məlumatına görə, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub. Onun meyiti FHN-in qurumu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Избранный
63
22
avtosfer.az

10Источники