RU

Pirşağıda dənizdə batan şəxsin meyiti sudan çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə nəzarətsiz ərazidə - ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda baş verib.

Məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub və axtarış-xilasetmə tədbirlərinə başlayıblar.

Görülən tədbirlər nəticəsində batmış şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Избранный
59
2
day.az

10Источники