RU

Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılıbVİDEO

Azərbaycan Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bu gün Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı keçirilən tədbirdə deyib.

Nazir qeyd edib ki, Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayı 14-ə çatıb. SOCAR-ın planları daha böyükdür və hazırda  xaricdə qaz hasilatı layihələrində paylar əldə edərək şirkətə məxsus qazı yeni istehlakçı ölkələrə çatdırmağı planlaşdırır.

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar isə bildirib ki, ilkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qazın ixracı mümkün olacaq. Zəngəzur dəhlizi məsələsinə toxunan nazir qeyd edib ki, yaxın gələcəkdə dəhliz üzərindən bütün enerji resursları və logistik marşrutlar Türkiyəyə çatdırılacaq.

Proses həyata keçiriləndən sonra Suriya əhalisinə verilən  elektrik enerjisinin saatı iki dəfə artacaq.

Suriya tərəfi də bu əməkdaşlığı yüksək qiymətləndirir. Ölkənin energetika naziri Məhəmməd Əl Bəşir Azərbaycanın və Türkiyənin göstərdiyi dəstəyi "qardaşlıq jesti" adlandırıb.

Azərbaycanın bu qərarı həm Suriyanın münaqişədən sonra yenidən qurulmasına, həm də Türkiyəni regional enerji mərkəzinə çevirmək planlarına töhfə verəcək. Ölkəmiz Suriyanın enerji infrastrukturunun modernləşdirilməsinə və ölkənin yataqlarının inkişafına dəstək göstərməyə hazırdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
24
xezerxeber.az

1Источники