RU

Kürdəmirdə səyyar tibbi müayinə və maarifləndirmə aksiyası keçirilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Avqustun 2-də Kürdəmir şəhərindəki “MedSun” klinikasında növbəti “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirmə aksiyası həyata keçirilib. Aksiya “Fərqindəlik” layihəsinin təşkilatçılığı, “PAŞA Holdinq”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “All Medical” şirkətinin dəstəyi ilə reallaşıb.

Səhiyyə Nazirliyindən hafta.az-a bildirilib ki, tədbirin əsas məqsədi regionda ictimai sağlamlıq savadlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və əhaliyə əlçatan tibbi xidmət imkanlarını genişləndirmək olub.

Saat 10:00-dan 18:00-dək davam edən aksiyada Kürdəmir və ətraf rayon sakinlərinin müayinəsi həyata keçirilib. Tibbi xidmətlər tam ödənişsiz şəkildə təqdim olunub və aşağıda qeyd olunan istiqamətləri əhatə edib:

-Qanda şəkər və arterial təzyiqin ölçülməsi;

-İlkin laborator analizlər;

-Terapevt və endokrinoloq müayinələri;

-Tibbi məsləhət və yönləndirmələr.

Səyyar tibbi heyət tərəfindən risk qrupuna daxil olan şəxslər müəyyənləşdirilərək, onlara fərdi sağlamlıq tövsiyələri təqdim edilib. Qanda şəkər səviyyəsində pozuntular aşkarlanan şəxslərə qlükometr cihazları hədiyyə olunub. Bu, onların gündəlik qlikemik nəzarətini asanlaşdırmaqla yanaşı, uzunmüddətli fəsadların qarşısının alınmasına yönəlmiş mühüm addımdır.

Избранный
5
1
hafta.az

2Источники