AccessBank-da uğurlu karyera
qurmaq arzusundasınız? Yüksəkixtisaslı kadra və öz sahənizin mütəxəssisinə
çevrilmək istəyirsiniz? O zaman "Access Bankirlər Məktəbi"nin yeni
mövsümünə qatılmaq şansını qaçırmayın!
12 həftə davam edəcək layihənin
məqsədi yüksək potensiala malik gənclərin peşəkar addımlarını atmaqda dəstək
olmaqdır.
Layihə çərçivəsində iştirakçılar bankın baş ofisində
və filiallarında hazırlıq keçəcək. İştirakçılar mikrokreditləşmə, kiçik və orta
biznes müştəriləri ilə iş, tamçeşidli qeyri-kredit məhsullarının və xidmətlərinin
təqdim olunması, xəzinədarlıq və risklərin idarə edilməsi kimi istiqamətlərlə
tanış olacaq.
Namizədlərə qarşı tələblər:
• Ən azı bakalavr dərəcəsi
• Komandada işləmək bacarığı
• Analitik təfəkkür
• AccessBank-da karyera qurmaq istəyi
• Bankın regional filiallarında işləmək istəyi və imkanı
• Rus və / və ya ingilis dili biliyinə üstünlük verilir
• İş təcrübəsi tələb olunmur, amma təcrübənin olması üstün cəhətdir.
Seçim mərhələlərindən keçmiş
namizədlərə aşağıdakılar təklif olunur:
• Unikal peşəkar inkişaf imkanı
• Təlim müddətində zəmanətli əməkhaqqı
• Bank sahəsini eyni zamanda bir neçə istiqamətdən tanımaq
imkanı
• Bankımızda karyera yüksəlişi
"Access Bankirlər Məktəbi"nə
müraciət etmək üçün 31 yanvar 2020-ci il tarixinədək qeydiyyatdan
keçə bilərsiniz. Növbəti 3 həftə ərzində
namizədlərin seçimi aparılacaq və seçilmiş şəxslərə elektron məktub və SMS
vasitəsilə məlumat veriləcək.