RU

Burada 20 min adam yaşayır... - Qiymətlər 1700 dollardan başlayır+Fotolar

“​Hazırda “Sea Breeze”də 20 min sakin yaşayır və bu say ilbəil artır. Ümumi ərazi 500 hektardır. 2028-ci ilədək birinci mərhələnin başa çatdırılması nəzərdə tutulub. 2035-ci ilədək isə 1500 hektar sahəni əhatə edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sea Breeze”ə təşkil olunan media-turda bildirilib.

Qeyd edilib ki, yerli vətəndaşlar burada ipoteka və daxili kreditlər vasitəsilə təmirli, təmirsiz mənzillər, villalar ala bilərlər. 

Məlumata görə, layihənin birinci mərhələsi 500 hektar ərazini, 7 kilometr dənizkənarı sahəni əhatə edir. Lakin genişləndirilmiş layihənin sahəsi 1 500 hektar ərazini, 22 kilometr dənizkənarı sahəni əhatə edəcək. Bunun tam hazır olması 2035-ci ilə planlaşdırılır. Bu günə kimi üç milyon kvadratmetrdən çox tikinti işləri görülüb. Yaxın iki il ərzində tikintinin həcmi beş milyon kvadratmetrə çatacaq. Buna həm yaşayış kompleksləri, həm infrastruktur obyektləri daxildir. 

Kompleksdə məktəb, rəsm qalereyası, onlarla restoran, Klub, idman meydançaları və sair fəaliyyət göstərir. Hər il burada çoxsaylı tədbirlər, təqqdimatlar, festivallar, digər sosial layihələr həyata keçirilir.

Şirkətin satış ofisindən bildirildi ki, burada 40 kv.m-lik mənzillərdən başlayaraq 2, 3, 4 yataq otaqlı mənzillərə qədər əldə edilə bilər. Böyük və kiçik fərdi yaşayış evləri və s. - hər kəsin öz zövqünə uyğun əmlakı buradan tapması mümkündür. Qiymətlər 1700 dollardan başlayır ki, bu Avropadakı və digər ölkələrdəki bu kimi  layihələrə nisbətən çox münasib və sərfəlidir. Vətəndaşlar burada aldıqları mənzilləri asanlıqla kirayə verə bilər. Bəzi investorlar bütövlükdə binanı, bir çox hallarda isə mərtəbəni alaraq yatırım edirlər. Mənzilləri alaraq bizim şirkətin köməyi ilə kirayə vermək mümkündür. Bununla hər kəs sabit gəlir qazana bilər. Ən böyük brendləri biz buraya gətiririk. “Hilton”, “Ritz Carlton Residences” kimi hotellərin buraya gətirilməsi də planlaşdırılır.

Bildirilib ki, “Sea Breeze”də mənzillərə qısa müddətdə çıxarışlar verilir və tam sığortalanır: “Buradakı mənzillər və qeyri-yaşayış sahələri hər il orta hesabla  15 faiz əlavə dəyər qazanır. Rezidentlər çimərliklərdən ödənişsiz istifadə edirlər. Onlara restoranlardan və digər iaşə xidmətlərindən istifadə üçün də əlavə güzəştlər edilir.

“Sea Breeze”də təbii landşaftın yaradılmasına xüsusi önəm verilir. Hazırda yaşıllıq sahəsi 300 hektarı əhatə edir və burada 10 milyondan çox müxtəlif növ ağac və bitki mövcuddur. Gələcək planlara əsasən, ildə beş milyon ağac əkilməsi nəzərdə tutulur. Bitkilər hər gün əkilir: ərazidə küknar və palma ağacları, şam, zeytun, sərv, lavanda, evkalipt və yüksək oksigen ifraz edən çoxsaylı digər növlər yetişdirilir.

“Sea Breeze” rezidentləri üçün çimərlik klubu və fitnes zallarına giriş tamamilə pulsuzdur, bu da kurortun bütün imkanlarından məhdudiyyətsiz şəkildə yararlanmağa imkan verir. 

2025-ci ilin yayında isə ərazidə Avstriya konseptinə əsaslanan tibbi kurort "CaspiMayr" istifadəyə verilib.

Hazırda kompleksin sahil hissələrində yarımadaların yaradılması istiqamətində işlər davam etdirilir. İlkin mərhələdə “Caspian Liner” adlanan gəmi-bina kompleksinin hazır olması gözlənilir. Bu kompleksin bir hissəsi hotel, bir hissəsi isə daimi yaşayış sahəsi kimi istifadəyə veriləcək. 

Gələcəkdə inşası planlaşdırılan layihələrə "Five Stones", "Miami Residence", "Wave Residence", "Blue Waters", "YES Apartments", "Arabian Ranches", "Harbour Residence" aiddir.

Nizam Rza

Fotolar: Xəyal Vəlizadə 




























Избранный
5
2
qafqazinfo.az

3Источники