Salyan rayonunda Kür çayında 16 yaşlı yeniyetmə boğularaq həyatını itirib. Bu barədə APA məlumat verib.
Hadisə çayın Salyan şəhəri ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, 2008-ci il təvəllüdlü Salyan şəhər sakini Sahil Məcidov çayda çimərkən batıb.
Yeniyetmənin meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılaraq aidiyyəti orqanlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.