Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
İyulun 6-dan Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda Albaniya təmsilçisi “Flamurtari” ilə qarşılaşıb.
Görüş albanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Turan Tovuz" hazırlıq çərçivəsində Türkiyənin "Keçiörengücü" (0:0) və "Çorum" (1:1) komandaları ilə heç-heçə edib. Komanda avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la qarşılaşacaq və bununla hazırlığa yekun vuracaq.
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.