RU

"Turan Tovuz" yoxlama matçında məğlub oldu

İyulun 6-dan Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda Albaniya təmsilçisi “Flamurtari” ilə qarşılaşıb.

Görüş albanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Turan Tovuz" hazırlıq çərçivəsində Türkiyənin "Keçiörengücü" (0:0) və "Çorum" (1:1) komandaları ilə heç-heçə edib. Komanda avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la qarşılaşacaq və bununla hazırlığa yekun vuracaq.

Избранный
59
1
fanat.az

2Источники